Oğlundan Brillianta etiraz: "Kimdi onu eşidən, sevdiyim qızla evlənəcəm"

Xalq artisti Brilliant Dadaşovanın Türkiyədə yaşayan oğlu Cahad tədbirlərin birinə anası ilə qatılıb.
Yenicag.az-ın fotokamerasına poz verən Cahad suallarımızı da cavablandırıb.
– Cahad bu gün nə işlə məşğuldur?
– Türkiyədə universiteti bitirdim və hazırda dissertasiya yazıram.
– Orada qalmağı düşünürsən, yoxsa Azərbaycanda?
– Yenidən Türkiyəyə qayıdacağam, amma həmişəlik yox. Azərbaycanda yaşamağı düşünürəm.
– Bir müddət öncə əcnəbi qızla fotoların yayıldı. Onunla evli olmağın barədə də söz-söhbətlər gəzdi…
– Yalan xəbər idi, subayam.
– Evlənərkən ananızın fikri ilə hesablaşacaqsız?
– Yox. Öz fikrim əsas olacaq.
– Heç məsləhət edirmi ki, “ay oğlum, gəl bu qızı sənə alaq”?
– Anam o qədər qız sayır ki, amma onun sözünə qulaq asan yoxdur? (gülür) Kimdir onu eşidən? Sevdiyim qızla evlənəcəm.
– Heç dəli sevgi yaşadınmı?
– Bu, lap çoxdan olub – 7-8-ci sinifdə oxuduğum zamanlarda. Həm də nakam sevgi olub.
– Sənin üçün rəsmi nikah önəmlidir, yoxsa vətəndaş nikahı ilə yaşamağa üstünlük verərdin?

– Hər halda, ənənələrə hörmət etmək lazımdır. İnsanla ailə qurursan, itlə yox ki…
– Yəqin dostluq etdiyin qızlar arasında əcnəbi xanımlar da var. Onlardan biri ilə evlənməyi düşünürsən?
– Yox, azərbaycanlı qızla evlənəcəm. Çünki bizim qızlar daha başadüşəndir.
– Yalnız buna görə?
– Bizim qızlar sədaqətli olur və bilirsən ki, sona qədər sənə sadiq qalacaq.
– Qızın zahiri gözəlliyi sənin üçün önəmlidir?
– Əlbəttə, mənim üçün gözəllik mütləqdir.
– Yaraşıqlı oğlansan, heç özünü aktyor kimi sınamaq istəmisən?
– Bunun üçün həm də istedad lazımdır. Kastinqlərə getməmişəm.
– Hansı müğənniləri daha çox dinləyirsən?
– Xarici musiqiləri dinləyirəm. Bütün günü caza qulaq asıram.
– Bəs ananızın ifa etdiyi mahnılara necə…
– Xoşuma gələn mahnıları var. “Qol” mahnısını dinləməkdən doymuram.
– Anan gözəl qadındır. Onu qısqanırsan?

– Əlbəttə.
– Heç olubmu demisən ki, ana bu paltarı geyinmə, bir az açıq-saçıqdır?
– Yox, əsəbiləşər onda, ayaqqabısını üstümə atar.
Əlavə olunub: 17-02-2018, 16:30
0
262

Oxşar Yazılar


Şərh əlavə et

reload, if the code cannot be seen

Наверх