Fədayə Laçın ev dustaqlığına buraxılmadı

Bu gün Bakıda məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilərək həbs olunan müğənni Fədayə Laçının müraciəti üzrə məhkəmə keçirilib.Shefeq.az-ın məlumatına görə, hakim Babək Pənahovun sədrliyi ilə keçirilən iclasda Fədayə Laçının vəsatəti təmin edilməyib.

Müğənninin vəkili Türkel Süleymanlı bildirib ki, qərardan apellyasiya şikayəti veriləcək. O, F. Laçının "Hepatit C" xəstəliyindən əziyət çəkdiyini və növbəti müraciətləri təmin edilməzsə, müğənninin müalicə müəssisəsinə köçürülməsini istəyəcəklərini deyib. 

Qeyd edək ki, F.Laçın oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. 

Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə F.Laçın barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib. 
Əlavə olunub: 13-12-2017, 20:30
0
66

Oxşar Yazılar


Şərh əlavə et

reload, if the code cannot be seen

Наверх