"Rusiya çempion olsa, dünyanın sonu olacaq" — 80 yaşlı deputat

“Heç bir futbol komandasının azarkeşi deyiləm. Ona görə də futbolla maraqlanmıram”.
Bu fikirləri ölkə.az-a açıqlamasında Milli Məclisin İntizam Komissiyasının sədri, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, 80 yaşlı deputat Ağacan Abıyev bildirib.

Deputat futbola maraq göstərmədiyini söyləyib:

“Mən futbolun deyil, boksun fanatıyam. Əgər Dünya Çempionatında bizimkilər oynasaydı, futbola maraq göstərərdim. Vaxtilə SSRİ oynayanda biz də ona baxırdıq, azarkeşlik edirdik. Ancaq indi vaxt olmur ki, futbola baxım. Futbola heç cür azarkeşlik etmirəm. Mən futbola neytral baxıram. Futbol mənim idmanım deyil. Ümumiyyətlə, uşaqlıqdan mənim futbola böyük həvəsim olmayıb”.

A.Abıyev Rusiya futbol komandası ilə bağlı da proqnoz verib:
“Rusiya çox irəli getməyəcək, yəqin ki, çempionatı tərk edəcək. Əgər Rusiya çempion olsa, deməli dünyanın sonu gəlib”.

Hazırda da idmanla məşğul olduğunu vurğulayan deputat cavan nəsilin nümayəndələrini də hər gün səhər idman etməyə çağırıb:

“Mən bu yaşımda belə hər gün səhər ən azı 40-50 dəqiqə idmanla məşğul oluram. Etdiyim idmanların arasında boks aid hərəkətlər də var. İdman mənim üçün həyatdır, sağlamlıqdır. Mən 13 yaşımdan 29 yaşıma qədər 16 il peşəkar boksda vuruşmuşam, öz komandamıza azarkeşlik etmişəm. İndi də boksu çox sevirəm”.
Əlavə olunub: 18-06-2018, 23:00
0
209

Oxşar Yazılar


Şərh əlavə et

reload, if the code cannot be seen

Наверх