Cəbhəyanı rayonlarda ağlasığmaz korrupsiya - Əhalinin təxliyyə pulları “yeyilib”

2016-cı il aprel hadisələri zamanı cəbhəyanı rayonların icra hakimiyyətlərinin yeyintisi ilə bağlı maraqlı məlumatlar əldə etmişik.
Yenicag.az-a adının açıqlanmasını istəməyən bir neçə icra nümayəndəsinin verdiyi məlumata görə, aprel döyüşləri zamanı insanların cəbhə xəttinə yaxın kəndlərdən təxliyyəsi üçün hər ailə başına 50 manat dövlət tərəfindən pul ayrılıbmış. Bu məbləğin ayrılmasında məqsəd vətəndaşların kəndlərdən çıxarılması zamanı avtomobilə yanacağın alınması və yaxud taksilərdən istifadə olunarsa, onlara ödənilməsi olub.
Əldə etdiyimiz məlumata görə, həmin günlər ərəfəsində icra başçıları icra nümayəndələrinə dövlət tərəfindən pulun ayrılması barədə məlumat verib və pulun paylanması üçün sənədlər imzaladıblar. Ancaq onlara heç bir pul ödənilməyib.
Döyüşlər bitdikdən sonra isə icra nümayəndələrinə bildirilib ki, ayrılmış pullar yenidən dövlət büdcəsinə göndərilib. Həmin günlər ərzində vətəndaşların evlərinə dəfələrlə gedib-gəlməsini nəzərə aldıqda, bu pula ehtiyaclarının olduğu gün kimi ortadadır. Dövlət tərəfindən ayrılmış pulun vətəndaşlara verilməməsi və sonradan guya dövlət büdcəsinə qaytarılması fikri inandırıcı görsənmir. İcra nümayəndləri bildirir ki, həmin pullar icra başçıları tərəfindən mənimsənilib.
Digər maraqlı bir fakt isə xarici təşkilatların döyüşlər zamanı oyuna gətirilməsi olub. Əldə etdiyimiz məlumata görə, bir neçə xarici təşkilat kəndlərindən təxliyyə edilmiş şəxslərin yerləşdirilməsi üçün icra hakimiyyətlərinə çadırlar verib. Ancaq həmin çadırlar heç bir yerdə qurulmayıb. Çadırların satıldığı deyilir.
Cəbhəyanı rayonların sakinləri ilə söhbət zamanı məlum olur ki, onlara nə yanacaq pulu verilib, nə də çadır görüblər.
Məsələ ilə bağlı geniş araşdırmanı sizə təqdim edəcəyik.
Səxavət Məmməd
Əlavə olunub: 16-06-2018, 18:13
0
126

Oxşar Yazılar


Şərh əlavə et

reload, if the code cannot be seen

Наверх