"Araz Əlizadə qadındır, yoxsa kişi?!" - Özü danışdı

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak dünən özünün “Twitter” bloqunda Azərbaycanda keçirilən növbədənəkənar prezident seçkisini müşahidə etdiyini yazıb. O, namizədlərdən birinin – Sosial Demokrat Partiyasından namizədliyini verən şəxsin qadın olduğunu yazıb.

Seçkidə iştirak edən 8 namizəddən biri, Azərbaycan Sosial Demokrat Partiyasından namizədliyini verən şəxs isə bu qurumun sədri, deputat Araz Əlizadədir. 

BiG.AZ xəbər verir ki, Araz Əlizadənin Stefan Şennaka verəcəyi cavabın maraq doğurduğunu nəzərə alan Modern.az-ın əməkdaşı Sosial Demokrat Partiyasının sədri ilə əlaqə saxlayıb.

“Stefan Şennakın məni qadın kimi təqdim etməsinin səbəbini deyə bilmərəm. Onunla heç bir görüşümüz olmayıb. Bir-birimizi tanımırıq. Amma səlahiyyətli nümayəndəm Sevda Əliyeva ayın 9-da onlarla görüşmüşdü. Ümumiyyətlə, son günlər bir mövzu var. Araz Əlizadə qadındır, yoxsa kişi?!”, - deyə Modern.az-a açıqlamasında prezidentliyə keçmiş namizəd, Milli Məclisin deputatı Araz Əlizadə AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan ŞennakIın onu qadın kimi təqdim etməsinə münasibət bildirərkən deyib. 

Araz Əlizadə həmməruzəçinin onun adını Arzu kimi oxuması iddiasına da aydınlıq gətirib.

“Azərbaycanda Arzu adında qadın da, kişi də var. Düşünmürəm ki, o, Araz adını Arzu kimi oxusun. O, ümumiyyətlə, Arzu sözünün mənasını bilmir. Mənə elə gəlir ki, o, diqqətlə qulaq asmayıb və ona görə də belə yanlışlığa yol verib”.

Prezidentliyə keçmiş namizəd bir dəfə də digər bir halla rastlaşdığını bildirib:

“Keçən prezident seçkilərində (2013) Latın Amerikasından bir müşahidəçi vardı. Onların qarşısında çıxış edəndə baxdım ki, bu adam yatıb. Ola bilər ki, yorulub. Görüş başa çatandan sonra əl çalınanda bu yuxudan ayıldı və əlini qaldırdı. Üzünü mənə tutaraq “niyə gender məsələsinə toxunmadınız?” dedi. Cavab verdim ki, “gender məsələsindən danışanda siz yatmışdınız”. Belə hallara rast gəlmək mümkündür”.

"Araz Əlizadə qadındır, yoxsa kişi?!" - Özü danışdı
Əlavə olunub: 12-04-2018, 19:29
0
120

Oxşar Yazılar


Şərh əlavə et

reload, if the code cannot be seen

Наверх