Prezident seçkilərindən sonra hansı nazirliklər ləğv ediləcək? Millət vəkili DANIŞDI

Büdcədən maliyyələşdirilən mərkəzi icra orqanlarının sayının azaldılması və oxşar profilli idarəetmə orqanlarının birləşdirilməsi istiqamətində mütamadi olaraq işlər aparılır. Bu, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.   
Prezident seçkilərindən sonra hansı nazirliklər ləğv ediləcək? Millət vəkili DANIŞDI

Məsələ ilə bağlı BiG.AZ-a danışan deputat Vahid Əhmədov qeyd edib ki, cənab prezident İlham Əliyev tərəfindən mütəmadı olaraq kadr islahatları aparılır: “Nazirliklər ləğv edilir və ya birləşdirilir. Bunların hamısı prezidentin səlahiyyətində olan işlərdir. Azərbaycanda 2016-cı ildə strateji yol xəritəsi imzalanıb. Bu xəritəyə uyğun olaraq iqtisadi islahatlar aparılır. Struktur, kadr və bütün islahatlar strateji yol xəritəsində öz əksini tapıb. Bunlara uyğun olaraq idarələr ləğv edilir, bəzi nazirliklər ləğv edilir. Növbəti hansı nazirliklər birləşəcəyi və ya ləğv ediləcəyi prezident seçkilərindən sonra məlum olacaq”. 
Əlavə olunub: 6-03-2018, 16:05
0
479

Oxşar Yazılar


Şərh əlavə et

reload, if the code cannot be seen

Наверх