» » Qətərin Milli Günü qeyd edildi

Siyasət / Manşet / Kiçik Manşet / Dünya / Son dəqiqə

Qətərin Milli Günü qeyd edildi

Qətər dövləti ilə Azərbaycan arasında bütün sahələrdə yüksək səviyyəli əməkdaşlıq mövcuddur.
Bu gün Qətər dövlətinin Azərbaycandakı səfirliyi ölkənin Milli Günü münasibəti ilə rəsmi qəbul təşkil edib. Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra səfir Yusif bin Həsən əl-Saai Qətərlə Azərbaycan arasındakı əlaqələrdən söz açıb.
Səfir bildirib ki, Qətər dövləti ilə Azərbaycan arasında bütün sahələrdə yüksək səviyyəli əməkdaşlıq mövcuddur və bu əməkdaşlığın daha da inkişaf edəcəyinə ümid edir. O, qeyd edib ki, Milli Gün 18 dekabr 1878-ci ildə Qətər Dövlətinin Banisi, Şeyx Casim bin Məhəmməd Al Tani tərəfindən yaradılması münasibətilə qeyd edilir və bu bayram Qətərin yaranma tarixini, irsini və bu dövlət qurularkən əsaslandığı ali məqsədləri və ümidləri təcəssüm etdirir.
Azərbaycan hökuməti adından Qətər xalqını təbrik edən fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib ki, ötən 46 il ərzində uğurlu inkişaf yolu keçən Qətər dövləti dünya birliyinin bir çox regional və qlobal problemlərinin həllində konstruktiv rol oynayan, beynəlxalq münasibətlərdə ədalətli mövqe nümayiş etdirən, güclü iqtisadiyyata malik layiqli bir üzvünə çevrilib. Azərbaycanla Qətər arasındakı dostluq və əməkdaşlıq münasibətlərinə toxunan nazir qeyd edib ki, bu dostluq münasibətlərin əsası ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə – 1994-cü ildə diplomatik əlaqələrin qurulması ilə qoyulub.
İradə C.



Теги

Похожие новости

Комменатрии к новости

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

Написать свой комментарий:





Bizi İzləyin

Ölkədə və dünyada baş verən hadisələr haqqında oxuculara məlumat verir.

Köşə Yazarları

Günün Aforizmi

Zehin paraşüt kimidir. Açılmasa işləməz.

Frenk Zappa