•  – Deputat problemli kreditlərdən danışdı: "Aztəminatlı ailələr üçün..." 
  •  – Uşaq pulu ilə sosial müavinət fərqlidir? - Deputat aydınlıq gətirdi 
  •  – Xalq artisti Prezidenti evinə qonaq çağırdı – İlham Əliyev dəvəti qəbul etdi 
  •  – Prezidentdən Xəzərlə bağlı SƏRƏNCAM 

Qar, şaxta... - Sabaha olan hava proqnozu

Sabah Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə sulu qar, qar yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.


Havanın temperaturunun Abşeron yarımadasında gecə 0-2, gündüz 2-5 dərəcə isti, Bakıda gecə 0-2, gündüz 2-4 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 779 mm civə sütunundan 784 mm civə sütununa yüksələcək. Nisbi rütubət 85-95 % təşkil edəcək.


Tibbi-meteoroloji proqnoz.

Noyabrın 22-si gündüzdən 23-ü gündüzədək Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda havanın temperaturunun iqlim normasından aşağı olacağı gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.


Azərbaycanın rayonlarında arabir yağış, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Gündüz əksər rayonlarda əsasən yağmursuz olacaq. Ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.


 Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir.

[related-news]
DİGƏR XƏBƏRLƏR: {related-news}
[/related-news]
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube