İsti havada relslərdə gərginlik artır - Sərnişinlərin həyatı təhlükədədirmi? - Açıqlama

"Havaların isti keçməsi ilə əlaqədar baş verə biləcək xoşagəlməz hadisənin qarşısını almaq məqsədilə dəmiryolu relslərinin vəziyyəti yoxlanılır".

Bunu BiG.AZ-ın sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova deyib.
Onun sözlərinə görə, havaların isti keçməsi, hərarətin gündən-günə qalxması nəticəsində relslərdə, xüsusən də calaqsız relslərdə gərginliyin artmasına səbəb olur.

S. Qədirova qeyd edib ki, bu məqsədlə hər hansı xoşagəlməz hadisə baş verməsin deyə dəmir yolunda qabaqlayıcı tədbirlər görülür: "Hər gün - günün ikinci yarısında İnfrastruktur Departamentinin yol sahələrinin əməkdaşları xidməti ərazilərində calaqlı və calaqsız relslər olan sahələri piyada keçməklə calaqlarda olan məsamələrin vəziyyətini yoxlayır və lazımi tədbirlər görürlər".
Əlavə olunub: 13-07-2018, 23:42
0
27

Oxşar Yazılar


Şərh əlavə et

reload, if the code cannot be seen

Наверх