•  – Elmar Məmmədyarov ukraynalı həmkarı ilə görüşdü - FOTO 
  •  – Prezident Sumqayıtla bağlı SƏRƏNCAM imzaladı 
  •  – Komitə sədri: "Əhalinin böyük hissəsi əməkhaqlarında hiss olunacaq dərəcədə fərq görəcək" 
  •  – İlham Əliyev Niderland-Azərbaycan Dostluq Qrupunun sədrini qəbul etdi 

Gəlin nikah zamanı zarafat etmək istədi, həyatının şokunu yaşadı - FOTOLAR

Türkiyədə nikah mərasimində gəlinin dediyi söz başına bəla olub. 

Shafeq.az sputnik-ə istinadən xəbər verir ki, Manisada nikah mərasimində gəlinin gələcək həyat yoldaşı ilə zarafat etmək məqsədilə dediyi söz nikahın baş tutmamasına səbəb olub. İndi cütlük evlənmək üçün yenidən nikah tarixi təyin etməli olacaq. 

Məlumata görə, 9 il sevgili qaldıqdan sonra evlənmək istəyən Xədicə Koşman və Turqut Dinçərin dünən nikahı olmalı imiş. Gəlin Xədicə Koşman naz edərək həyat yoldaşını bir az intizarda saxlamaq məqsədilə nikah məmurunun "Turqut Dinçəri həyat yoldaşı olaraq qəbul edirsinizmi?" sualına "Yox demək mümkün deyil, əlbəttə ki, bəli" cavabını verib. Bu sözdən sonra gəlin gözləmədiyi bir reaksiya ilə qarşılaşıb. Nikah məmuru nikahı rəsmiləşdirməkdən imtina edib. Gəlinlə bəy nikah məmurunu razı salmağa cəhd etsələr də, bu mümkün olmayıb və gənclər evlənmədən evə qayıtmalı olub.

Hadisənin şokunu yaşayan Turqut Dinçər nişanlısının onunla zarafat etmək istədiyini deyib. O bildirib ki, Xədicə uzun müddət imiş ki, nikahın qeyri-adi keçməsi üçün çalışaraq videolara baxırmış. 

"Toya 50-60 nəfər də dəvət etmişdik. 15 dəqiqə yalvardıq nikah məmuruna, qəbul etmədi. Çərşənbə axşamı yeni nikah tarixi almaq üçün müraciət edəcəyik. Bütün xərclərimiz boşa getdi" - deyə bəy bildirib. 

Gəlin isə əməlindən peşman olduğunu və bir daha belə zarafat etməyəcəyini deyib. Nikah məmuru isə açıqlamasında bildirib ki, nikahı rəsmiləşdirməkdən imtina etdiyinə peşman deyil: 

"Mən 6 ildir ki, bu işlə məşğulam. İlk dəfə idi ki, belə hadisə ilə qarşılaşırdım. Biz cütlüklərin ağzından çıxan ilk kəlməyə baxırıq. Biz qərar verəndə hakim kimi qərar veririk. Belə etməməli idilər. İndi zəhmət çəkib yenidən nikah tarixi alarlar".

Gəlin nikah zamanı zarafat etmək istədi, həyatının şokunu yaşadı - FOTOLAR
Gəlin nikah zamanı zarafat etmək istədi, həyatının şokunu yaşadı - FOTOLAR
[related-news]
DİGƏR XƏBƏRLƏR: {related-news}
[/related-news]
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube