Dilarə Zamanova: Əməkdaşlar öz şirkətlərindən razı olduqda, onlar yaxşı işləyirlər və şirkət çiçəklənir.

Son dövrlərdə PR mütəxəssisi dedikdə ilk öncə ağlıma Dilarə Zamanova gəlirdi.  Bu qadının aktivliyi, dinamikliyi hər zaman diqqətimi cəlb etmişdi. Odur ki, onunla PR -ın incəlikləri haqqında danışmağa qərar verdik. Mövzunu dərindən bilmədiyimiz üçün Dilarə xanımla,  suallarımıza aydınlıq gətirdik. 

Müsahibimiz "AtaHoldinq"- Kommunikasiya şöbəsinin rəisi Dilarə Zamanovadır. 
Dilarə xanım, PR -la bağlı əməkdaşımızın sualalrını ətraflı şəkildə cavablandırıb. 

- İnvestorlarla qurulan əlaqələrin nə kimi əhəmiyyəti var?
  • Şirkət bir çox  qruplarla kommunikasiya qurur, və bu qrupların hər biri üçün şirkətin kommunikasiya planı olmalıdır. İnverstorlarla yaxşı əlaqələrin saxlanılması, onları bütün hadisələr barədə məlumatlandırmaq və mütəmadi  olaraq şirkətin düzgün idarə olunmasını  səhmdarlara xatırlatmaq lazımdır.
İnvestorlarla qurulan əlaqələr şirkətin stabil və uğurlu fəaliyyət göstərməsinin əsas şərtlərindən biriridi. Lakin şirkətin hər bir əməkdaşının öz missiyasına sadiq olması və təşkilatın  inkişafına töhfəsini verməsinə əmin olmaq da önəmlidir. 
  • Şirkətin əməkdaşları ilə əlaqələrin saxlanılması nə dərəcədə vacibdir?
  • Şirkətin əməkdaşları ilə yaxşı əlaqələrin saxlanılması,investorlar  və ictimaiyyətlə əlaqələrin saxlanılması kimi vacibdir.
Şirkətin əməkdaşları ilə əlaqələri hökümət tərəfindən də nəzarət olunur.  Buna sosial təminatı misal göstərmək  olar.
Əməkdaşlar ilə  əlaqələrin inkişafı  iki mərhələdən ibarət olur: nəzəri və praktik. 
Birinci nəzəri mərhələdə -  şirkətin rəhbərliyi nəzərə alır ki, əgər əməkdaşlar təşkilat haqqında yaxşı fikirdədirlərsə , o zaman onlar daha yaxşı işləyər və nəticə olaraq şirkətə daha çox qazanc gətirərlər. Bunun əsasında şirkət rəhbərliyi nin tapşırığı əsasında motivasiya proqramı və  daxili kommunikasiya planı hazırlayır.
İkinci praktik mərhələdə  əməkdaşlara və  lazımı auditoriyalara proqram çatdırılır. Nəzərə almaq lazımdır ki, şirkətin bütün əməkdaşları eyni hüquqa malikdirlər. 
Əməkdaşlarla  qarşılıqlı əlaqələrin yaradılması  ilə məşğul olan konsaltinq  şirkətləri XX əsrin 70-ci illərində yaranmışdır. Yaxşı hazırlanmış proqram iş yerinə yeni əməkdaşların cəlb edilməsinə, işə çıxmama hallarının, iş yerində qəzaların sayının azaldılmasına və  biznesin daha stabil olmasına gətirib çıxardır. 1955-ci ildə şirkətin əməkdaşlarına vərəqlərin paylanılması müasir dövrdə elektron poçtla, şirkətin internet və sosial şəbəkə səhifələrində  məlumatların yayımlanması ilə əvəz olunmuşdur. 
Müasir dövrdə şirkətin əməkdaşları üçün jurnallar, informasiya bülletenləri hazırlanır,korporativ tədbirlər,  pikniklər və müxtəlif yarışlar təşkil edilir..
Əlbəttə, bunlar hamısı çox yaxşıdır. Qanunda tələb olunandan da artıqdır.
Öz kollektivini böyük dost ailə kimi tanıyan şirkətlər,xərcləri azaltmaq məqsədi ilə edilənixtisarlar zamanı,  kənardan  idarəçi götürən zaman problemlərlə qarşılaşa bilərlər. 
Bir çox əməkdaşlar həmkarları ilə dostluq münasibətləri qurmaqdan qaçırlar, daha çox sadəcə öz vəzifələrini yerinə yetirməyə, bunu üçün pul almağa və işi ilə digər bütün həyatını aydın bölməyə üstünlük verirlər. Bu insanlarqürürla bildirirlər ki, iş və karyera onların talelərini idarə etmir və bu onların həyatında  ən əsas deyil.
İnsanların çoxu həmçinin təsdiq edirlər ki, iş həmkarları onların ən yaxşı dostlarıdır və bu onlara işdə kömək edir. Bu hər iki mövqe bir çox potensial problemləri həll edirlər.
  • PR şirkətlər üçün önəmlidirmi?
  • PR  peşəkarları başa düşürlər ki, şirkətin müsbət və mənfi tərəflərini əməkdaşlardan yaxşı heç kim bilmir. 
İqtisadi cəhətdən çətin dövrdə çətin, bir çox şirkətlərin  çiçildiyi zaman onların loyal əməkdaşlara ehtiyacları var. Əməkdaşlar başa düşməlidirlər ki, onların şəxsi iştirakları nəinki şirkətin ömrünün uzadılmasına kömək edər, həmçinin stabilliyi əldə etməyə və saxlamağa imkan verər.  Heç olmazsa öz iş yerlərinin saxlanılmasına kömək edə bilər. 
Yaxşı reputasiyası olan yerdə işləmək uğurlu karyeranı  təmin edir. 
Şirkətin çətin vəziyyətində, iqtisadi çətinliyə düşdüyü zaman mətbuat və ictimaiyyət nümayəndələri ilk növbədə şirkətin əməkdaşlarına fikir verəcəklər.  Baxacaqlar ki,  əməkdaşlar özlərini necə aparırlar və nə danışırlar.
Bu müxbir ilə təsadüfü görüş ola bilər, dostun və ya qonşunun sualına cavab ola bilər. Bu danışıqlar zamanı şirkət ya çox yaxşı və ya çox pis təqdim oluna bilər.  Bunları nəzərə  alaraqrəhbərlər və əməkdaşlar əməkdaşlıq etməlidirlər, bir-birinin mövqeyinin tərəfini saxlamalıdırlar. 
Əməkdaşlar öz öhdəliklərini yerinə yetirməlidirlər, lakin  son mərhələdə məsuliyyət rəhbərliyin üzərinə düşür. Rəhbərlik münasibətlərin siyasətini və onun keyfiyyətini  müəyyən edir. Əməkdaşlarla əlaqələr üzrə mütəxəssis Riçard Bevan qeyd edib: « Kommunikasiya – simvol və mətndən daha böyük məna kəsb edir. Bu təşkilat üçün çox vacib amildir, onun sayəsində fəaliyyət göstərir  və çiçəklənir. Əməkdaşlarla əlaqə  yazılı və şifahi formada ola bilər. İnsanlar hər zaman  müştərilər ilə, ictimaiyyətlə,  menecerlərvə digər qruplarla kommunikasiya qururlar. Onlar danışırlar,  qulaq asırlar, məsləhət verirlər və ideyalar verirlər».
Qeyd etmək lazımdır ki,  yaxşı  mütəxəssislər əməkdaşların qiymətləndirən və dəyər verən şirkətlərdə toplanırlar.  Bu halda işdən getmə halları azalır, şirkətin məhsuldarlığı artır , şirkət üçün fəxr və  loyallıq yaranır. 
Bundan əlavə şirkət prestijli təşkilat kimi tanınır və bununla da işəgötürmə şirkətlərinə xərclərini azaldır. Ən yaxşı mütəxəssiləri cəlb edir, ictimaiyyət qarşısında çox yaxşı  imic yaradır. Bu siyasət biznesin inkişafına kömək edir.
  • Məlumatların yayılması necə həyata keçirilir?
  • İnformasiyanın növünə görə onun yayılması üsulunu müəyyən etmək lazımdır. Bəzi məlumatların yayılması təcili olur, bəziləri  təcili olmur, bəziləri məxfi və bəziləri isə ictimaiyyət üçün açıq olur.
Məlumatların yayımlanması  üç əsas kateqoriyaya bölünür:
çap, elektron, şəxsi. 
Çap kommunikasiya vasitələri – məlumatların yayımlanması üçün əsas vasitədir.  Onlar müxtəlif olur, asan qəbul olunur və müxtəlif qruplar üçün nəzərdə tutulur. 
  • Bunlar:
  • Məktublar (hamıya və ya ayrıca əməkdaşlara)
  • Xatırlatma kartları
  • Stolüst xatırlatma kartları
  • Plakatlar
  • Broşurlar
  • İnformasiya bülletenləri 
  • Qeyd stikerləri
  • Jurnallar
  • Qəzetlər
  • Xatirə sertifikatları
  • Korporativ tədbirlər proqramları
  • Suvenir-kitablar 
  • Brifinq sənədləri
Elektron  kommunikasiya növləri günü-gündən inkişaf edir, yeni proqramlar, sosial şəbəkələr yaranır. 
  • Elektron poçtdan 
  • Səsli poçtdan 
  • Video konfranslar
Youtube
Facebook
İntranet
Və s. 
Bu siyahı sürətlə inkişaf edir. 
Şəxsi  söhbət aşağıdakılara bölünür:
  • Xüsusi informasiyanı otürmək məqsədi ilə bütün əməkdaşların iclasa çağırmaq
  • Kiçik qruplarda iclaslar
  • Üzbə üz görüşlər
  • Müxtəlif mövzular üzrə ümumi korporativ iclaslar
  • Ekspert komissiya və komitələrinin  dəyirmimasaları
  • Əməkdaşlarla əlaqələr yaradılmasının ən ən effektiv və rentabellili üsulu hansıdır?
  • Bu sual daim PR mütəxəssilərə və məsləhətçilərə verilir. Elə bil ki,  bunun bütün vəziyyətlər üçün eyni cavabı var. 
İnformasiya bülletenləri və jurnallar oxunmalıdır,elektron məktublar spam kimi silinməməlidir.
Yaxşı satıcı öz müştərilərini yaxşı  tanıdığı kimi, rəhbərlər də öz əməkdaşlarını yaxşı tanımalıdır və onların məlumatları hansı üsul ilə almaq istəyirlər. 
Məlumatı məktub formatında evdə almaq, və ya elektron poçt, sosial şəbəkə və ya başqa üsul ilə almaq istəyirlər. 
Belə vasitələrdən istifadə edən şirkət rəhbərləri , önəmli iş gördüklərini və öz tabeliləri ilə düzgün ünsiyyət prosesi qurduqlarını düşünürlər, lakin bəzən onların fəaliyyəti hərəkətsizlikdən çox zərər gətirir. Onlar ünsiyyət qurduqlarını güman edirlər, lakin əgər onların cavabdehlərialınan informasiyanı qəbul etmir və onunla işləmirlərsə, deməli boşluq  daha da dərinləşir.
Belə yanaşma çox hallarda million pulsuz qəzet sürəti buraxan, daha sonra potensial reklamçılara bu buraxılışın million oxucu auditoriyası olduğunu deyən, şirkətin mövqeyi ilə uyuşur. Ola bilsin, bu qəzeti heçkim oxumuyub və ya əksinə, million oxucunun hər birir başdan ayağa ətraflı tədqiq edib, bunu müəyyənləşdirmək mümkün deyil. Tam maarifləndirilmə barədə elan etmək böyük səhvdir. 
Şirkətin menecmentinin maliyələşməni təsdiq etdiyi faktı və korporativ jurnalların, videoların,qəzetlərin, CD-ROMların və ya əməkdaşlar üçün qapalı saytın istehsalı proqramın auditoriyanın ehtiyaclarına cavab verdiyi və axır nöqtə olaraq effektiv olacağı( və xərcləri doğuracağı )demək deyil.
Qeyd olunduğu kimi, əməkdaşlar praktikada həmişə mümkün olmayan, bəzən isə tamamən qeyri-real olan, təkə tək şəxsi əlaqələrə üstünlük verirlər.  Bununla yanaşı,  ədalət üçün qeyd etmək lazımdır ki, bu çoxluğun seçimi olsada, əməkdaşların bir hissəsi ünsiyyətin başqa növlərinə üstünlük verirlər və əlaqələr üzrə yaxşı proqram onlarında fikrini nəzərə alır. 
Firmanın menecmenti öz əməkdaşlarının göndərişlərinə müntəzəm korporativ jurnalda, informasiya bülletenindəvə ya başqa nəşrdə cavab verə bilər.  Şirkətlər müştərilərə öz təklifləri ilə bölüşmək , suallar vermək və ya şikayət etmək üçün, öz istehlakçılarına müntəzəm olaraq “qaynar xətt” və online-əlaqə mexanizmi qururlar. Kommunikasiyanın bu formalarından istifadə, hətta anonim müraciət edildiyində belə,rəhbərliyin əmədaşlar üçün açıq olduğuna onları inandırır.  Əvvəlki halda olduğu kimi, sonra heyətin sualları və onlara cavablar korporativ nəşrdə dərc olunur. Mümkündür ki, cavab işçilərin eşitmək istədiyi kimi olmasın, lakin menecment, ən azından sorğuya cavab verir, öz mövqeyini izah edir və açıq şəkildə tabelilərin təklif etdiyi və istədiyiklərinin niyə həyata keçirilə bilmədiyini deyir. 
Yaxşı satıcının “öz müştərini tanı” qaydası ilə hərəkət etdiyi kimi , işə götürən də onun əməkdaşlarına necə məktub almaq - adi poçt ilə evə və ya daha müasir üsullarla web-səhvə, elektron poçt, CD-ROM və ya başqa interaktiv proqramlar vasitəsi ilə almaq rahat olduğunu başa düşməlidir. İnsanların çoxu öz iş ünsiyyəti zamanı yüksək texnoloqiya nailiyyətlərindən istifadə edirlər, lakin şəxsi zamanlarda evə gedərkən avtobusda və ya qatarda çap nəşrlərinə üstünlük verirlər. Digərləri isə məhəl qoyullar və bütün kağız daşıyıcılarından imtina edirlər və yalnız öz şəxsi komputerlərindən keçid olan mənbələri oxuyurlar.
 
İşə götürənlər ayaq uydurmalıdırlar, öz iş kollektivlərini yaxşı bilməlidirlər və bütün əməkdaşların onlarla (və ya bir biriləri ilə) müxtəlif suallara görə yekdil olduqları mövzusunda səhv düşünməməlidirlər.  Yalan məlumat ehtimalı böyük olduğundan, bu çox önəmli məqamdır. Marketinq üzrə mütəxəssizlərə hər il deyilir ki, gənc auditoriya çap nəşrlərinə cavab vermir, çünki onlar İnternetin elektron mühitini, komputer oyunlarını, DVD, CD, CD-ROM-u çox gözəl mənimsəyib. Tədqiqatlar zəruridir və onların nəticələri çox qiymətlidir, lakin bəzən qeyri-standart düşüncəyə malik insanların fikrinə görə, yaradıcı yanaşma böyük fayda gətirir.
Bazarın təhlili zamanı rəhbərliyin sifarişi ilə tədqiqatçılar tez-tez fokus-qrup metodundan istifadə edirlər. Firmanın əməkdaşlarından formalaşan fokus-qrup şirkətin menecmentinə vacib sualların həlli zamanı hiss olunan kömək göstərə bilər; tabelilərə isə belə təcrübə onların fikirləri və biznes intuisiyaları işəgötürən tərəfindən qiymətləndirildiyi barədə arxayınlıq verəcək. Həm ictimaiyyət, həm KİV böyük diqqətlə firmanın veteranlarının fikirlərinə qulaq asırlar, çünki menecmentdən fərqli olaraq onların mənfəət güdən motivləri yoxdur.
Müasir video konfrans əlaqələrin imkanları hətta çoxmillətli filialları bütün dünya üzrə paylanan dünyanın nəhəng şirkətlərinə belə fərqli ölkələrin müxtəlif təbəqələrindən olan əməkdaşların iştirak etdiyi ümumikorporativ iclaslar keçirməsinə imkan yaradırlar. Əgər belə tədbirlər yaxşı təşkil olunub və həyata keçirilibsə, o zaman nəinki əməkdaşların korporativ ruhunu qaldırır, həmçinin şirkətin özü üçün də əla PR-hadisə olur. Hətta əgər avadanlıq zəifdir və görüntü idealdan uzaqdırsa belə, rəhbərliyin bu layihəsi alqışa layiqdir. Hər halda əməkdaşların əksəriyyəti bu hadisəni müzakirə edəcəklər və güman ki, korporativ ünsiyyət üçün müxtəlif yerlərdən bu qədər insanın toplanması ilə fəxr edəcəklər. 
Format gəldikdə isə, yüksək rütbəli vəzifəli şəxs mərkəzi fiqur olduğunda və suallara cavab verərək( çoxunun əvvəlcədən hazırldığı) bütün görüşləri apardığında, siyasətçilərin həvəslə istifadə etdiyi ənənəvi “şəhər iclası” deyil. Rəhbərlərin və tabelilərin, barrikadaların əks tərəflərində üz-üzə deyildə, yan yana oturduğu, nal formasında masa təsvir edin. Belə yerləşmə işəgötürən və işçinin ən azından hörmət dərəcəsi baxımından, eyni hüquqa malik olduqlarını göstərir. 
Tərəflərin dialoqunun əsası olaraq hərtərəfli müzakirə zamanı əməkdaşlarda narahatlıq hissi oyadan şeylərin və şirkətdə problemərin nə səbəbdən başqa yolla deyildə bu yolla həll olunduğunu başa düşülməsi üçün olan suallar dolu siyahını götürmək olar.Bu tədbir incikliklərin ifadə edilməsi və dinlənilməsi və kirli işlərin ictimai nümayişi olmamalıdır; iştirakçılar iclasdan əvvəl görüşə bilərlər, həmçinin gələcəkdə gözlənilməzliklərlə və xoşagəlməz anlarla qarşılaşmamaq üçün hamının qaydalarla tanışdığı brifinq də keçirilə bilər.Suallarını və fikirlərini əməkdaşlar internet və videofon üzərindən verə bilərlər.
Əgər şirkətin menecmenti həqiqətən də onların qeydlərinə qaldıqlarını, əməkdaşlara göstərmək üçün heyət ilə əlaqələrdə uğurlu proqram buraxmaq istəyirsə bu üsul əlaqələr qurmağa kömək edəcək, onlara xüsusi dəyər verəcək. Ünsiyyətin bü növünü qlobal əlaqə və videofonla təmin olunmanı gözləmədən də istifadə etmək olar; nümunəvi seansı bir yerdə keçirmək olar və əgər uğurlu olsa, onda digər rayonlardada tətbiq etmək olar. Bütün əməkdaşların mütləq baxması üçün seansı plyonkaya yazmaq və ya korporativ səhvədə yerləşdirmək, bununla yanaşı bu ümumi iclasların müddəalarını dərc etmək arzu olunandır. 
Bütün əməkdaşlar onların çeklərini kimin verdiyini və kimin idarə etdiyini bilirlər, lakin işə götürənin onların hər birinin şəxsi töhfələrini qiymətləndirdiklərini hiss etmək onlara vacibdir. Şirkətin heyəti tətil quraraq bir saatlıq fəaliyyətini dayandıra bilər. Lakin elə bu əməkdaşlar, kollektiv və ya fərdi çıxış edərək, investor və ictimaiyyət üçün olduqca cəlbedici imic yarada, məhsuldarlığı artıra və xərcləri azalda bilərlər. Heyət ilə əlaqələr üzrə proram  çox yaxşı investisiyadır.
  • Əməkdaşlar öz şirkətlərindən razı olduqda, onlar yaxşı  işləyirlər və şirkət çiçəklənir.
  • Əməkdaşlarda müxtəlif təhsilli olur və şirkətdə müxtəlif işləri yerinə yetirirlər. Daxili korporativ PR da bütün vəzifələrdə işləyən əməkdaşlara eyni göz ilə  baxmaq lazımır. 
  • Əməkdaşların PR  proqramlara qoşulması  marketinq nöqteyi nəzərindən əlverişlidir,  bundan əlavə korporativ əhval ruhiyyəni möhkəmləndirir,  işdən gedənlərin sayını azaldır, iş yerində konfliklərin yaranmasının qarşısını alır, effektliyi qaldırır və xərcləri azaldır.
  • İnsanlarelə yerdə işləmək istəyirlər ki,orada onlara hörmət edri və  qiymətləndirirlər.  Bununla da şirkət bir çox  fayda tapır.Məsələn prestijli əməkdaşın imiji, hansı yaxşı əməkdaşlarl toplayır və rekritment şirkətinə edilən xərcləri azaldır.Və  eyni zamanda şirkətin ictimaiyyət qarşısında  reytinqini  qaldırır.
  • Əməkdaşlarla iş proqramı biznesin xeyrinə  işləyir. 
Əlavə olunub: 19-03-2018, 18:17
0
294

Oxşar Yazılar


Şərh əlavə et

reload, if the code cannot be seen

Наверх