•  – Elmar Məmmədyarov ukraynalı həmkarı ilə görüşdü - FOTO 
  •  – Prezident Sumqayıtla bağlı SƏRƏNCAM imzaladı 
  •  – Komitə sədri: "Əhalinin böyük hissəsi əməkhaqlarında hiss olunacaq dərəcədə fərq görəcək" 
  •  – İlham Əliyev Niderland-Azərbaycan Dostluq Qrupunun sədrini qəbul etdi 

“Rəşad Gəncinski” masa arxasında bıçaqlanıb - “Lotu Quli”nin məclisində qan töküldü

Xəbər verdiyimiz kimi, Türkiyənin İstanbul şəhərində qanuni oğru “Rəşad Gəncinski” kimi tanınan avtoritet Rəşad İsmayılov bıçaqlanıb. Lent.az-ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, hadisə “Lotu Quli” kimi tanınan azərbaycanlı avtoritet Nadir Səlifovun evində baş verib.
Yemək masası arxasında İlham Hacıyev adlı avtoritetlə mübahisə edən Rəşad İsmayılov bıçaq yarası alıb. Bu hadisədən sonra “Lotu Quli” hər iki tərəfi sakitləşdirib.
Məlumata görə, “Rəşad Gəncinski” İlham Hacıyevin ünvanına nalayiq söz deyib. Bundan sonra, İ.Hacıyev bıçağa əl atıb. Xatırladaq ki, İlham Hacıyev qanuni oğru adı almayıb. Verilən məlumata görə, yaxın günlərdə onun “Lotu Quli” tərəfindən taclandırılacağı gözlənilir.
Onu da xatırladaq ki, “Rəşad Gəncinski” Abxaziyanın Suximi şəhərində də bıçaqlanmışdı.



[related-news]
DİGƏR XƏBƏRLƏR: {related-news}
[/related-news]
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube