“Qəbələ”də serbiyalı məşqçi

“Qəbələ”nin məşqçilər korpusunda dəyişiklik edilib.
Shefeq.az klub saytına istinadən xəbər verir ki, serbiyalı Miloş Yevtiç bundan sonra “qırmızı-qaralar”ın uğurları üçün çalışacaq.
O, Sənan Qurbanovun baş məşqçisi olduğu komandanın fiziki hazırlıq üzrə çalışdırıcı funksiyasını yerinə yetirəcək.
Serb mütəxəssis bunadək Azərbaycanda “İnter” (indiki “Keşlə”), Qazaxıstanda “Kayrat” klublarında, həmçinin Gürcüstan milli komandasında məşqçi kimi fəaliyyət göstərib.
Əlavə olunub: 14-06-2018, 23:01
0
22

Oxşar Yazılar


Şərh əlavə et

reload, if the code cannot be seen

Наверх