» » Günayın arxalandığı deyilən Rəşad bu yüksək vəzifəli məmurumuzun bacısı oğlu imiş - FOTO

Manşet / Şou-biznes

Günayın arxalandığı deyilən Rəşad bu yüksək vəzifəli məmurumuzun bacısı oğlu imiş - FOTO

Günayın arxalandığı deyilən Rəşad bu yüksək vəzifəli məmurumuzun bacısı oğlu imiş - FOTO

Bir neçə gündür ki, Criminal.az saytının müğənni Günay İbrahimlinin Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ)çağırılması barədə məlumat gündəmi zəbt edib. Şikayətçi iş adamı Nuriyyə Əhmədova Günay İbrahimlini ona 225 min manat borclu olmaqda günahlandırır, qarşı tərəf isə ittihamları rədd edir. 

Müğənni ilə bağlı ''Bandotdel''ə şikayətindən danışan N.Əhmədova Criminal.az saytına açıqlamasında G.İbrahimlinin şəxsi həyatına da toxunmuşdu: ''Günay hara kimi qaçacaq? Günay kimə və nəyə arxalanır? Rəşada arxayındı? Çox nahaq yerə. Rəşada da sözümü demişəm. Rəşad dedi ki, mənlik deyil, sadəcə Günayın dostuyam. Bu gün bilmirəm Günayın nəyidir, amma mənə dediyi söz belə olub''. 

Daha sonra N.Əhmədova G.İbrahimlinin şəxsi həyatı ilə bağlı məsələni oxu.az-a verdiyi müsahibədə daha konkretləşdirib. Həmin müsahibədən sitat: ''O vaxt xəbər yayıldı ki, nişanlanırlar, evlənəcəklər. Mən də onun sevgilisi ilə görüşüb dedim ki, sənin həyatında olan xanımın mənə 200 mindən çox borcu var, vermir. O dedi ki, biz dostuq, Günay həyatımda deyil. Ciddi əlaqəmiz yoxdur. Ondan sonra onun sevgilisi heç bir işim yoxdur''.
''Siz "Bandotdel”ə müraciət edəndən sonra Günayın sevgilisi bu işə müdaxilə edib?'' sualına N.Əhmədovanın cavabı belə olub: ''Sevgilisini orada görməmişəm. Amma eşitmişəm ki, Günayın arxasında o dayanır. Ondan başqa heç kimin adı çəkilmir''.

Criminal.az saytının əldə etdiyi məlumata görə, Günay İbrahimlinin sevgilisi kimi adı şəkilən Rəşadın Milli Məclisin spikeri Oqtay Əsədovun bacısı oğlu, eyni zamanda cangünədir. Rəşad şou-biznes əhli arasında 10 -- 004 dövlət nömrə nişanlı ''Range Rever''i ilə də məhşurdur.
Теги

Похожие новости

Комменатрии к новости

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

Написать свой комментарий:





Bizi İzləyin

Ölkədə və dünyada baş verən hadisələr haqqında oxuculara məlumat verir.

Köşə Yazarları

Günün Aforizmi

Zehin paraşüt kimidir. Açılmasa işləməz.

Frenk Zappa