•  – İlham Əliyev Pakistan prezidentini təbrik etdi 
  •  – Deputat problemli kreditlərdən danışdı: "Aztəminatlı ailələr üçün..." 
  •  – Bu şəxslər evlə təmin edilsin - Deputatdan TƏKLİF 
  •  – Uşaq pulu ilə sosial müavinət fərqlidir? - Deputat aydınlıq gətirdi 

Azərbaycanda 23 yaşlı oğlanı əsgər aparmadıqları üçün özünü öldürdü (təfərrüat)

Xaçmazda 23 yaşlı oğlanın intiharının təfərrüatı məlum olub.

Şərifoba kənd sakinlərinin aznews.az-a verdiyi məlumata görə, Araz Məmmədovun intiharına səbəb hərbi xidmətə gedə bilməməsi olub:

"4 il idi ki, Arazı hərbi xidmətdən saxlayırdılar. Bu günlərdə yenidən ona çağırış vəsiqəsi gəlib. Yoxlama zamanı məlum olub ki, Araz hərbi xidmətə yararsızdır. Yəni nə boyu, nə də çəkisi onun hərbi xidmət keçməsinə imkan vermir. Araz da buna əsəbləşib. Deyib ki, "mən niyə tay-tuşlarımdan geri qalıram". Odur ki, özünü öldürüb. Çox yaxşı oğlan idi, səhhətində də hər hansı problem yox idi. Sadəcə, hərbi xidmətə gedə bilməməsi ona böyük dərd olub".

Qeyd edək ki, Xaçmazda intihar hadisəsi baş verib. Rayonun Şərifoba kənd sakini 1995-ci il təvəllüdlü Araz Zeynal oğlu Məmmədov yaşadığı kəndin yaxınlığında ağacdan özünü asıb.
[related-news]
DİGƏR XƏBƏRLƏR: {related-news}
[/related-news]
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube