Nura Suridən Damlaya tikanlı sözlər: "Deyir indi mən ağlayacam çək paylaş internetdə..."

Nura Suri Damlaya söz atıb.

BiG.AZ xəbər verir ki, müğənni Nura Suri Damlanın maşında atasının ölümünə ağlaması və bunun saytlarda dərc olunmasına təəccübləndiyini bildirib: 

"Deyəndə pis oluram, deməyə də bilmirəm. Çünki özüm də bəzi insanların hərəkətinə təəccüblənirəm. Bu qədər də olmaz axı. Bu nə deməkdir ki, maşında gedə-gedə ağlayırsan, sənin yanında olan insan isə səni videoya çəkir? Sonra bu video internetə yayılır? Deməli, bilərəkdəm bunu edirlər. Deyir, mən indi ağlaycam sə də məni çək. Sonra da internetdə paylaş.

Mənim yanımda olan insan mən ağlayanda çəkib internetdə paylaşsa, həmin adamı ayağımın altına salıb təpikləyərəm, ya da nəsə edərəm.

Yaxşılıq edirlər, ancaq kamera önündə...

Həyatım boyu xeyriyyə işləri ilə məşğul olmuşam. Elədiyim heç bir işi başqaları görə bilməz. Ola bilər xeyriyyə tədbiri olsun onu çəkib göstərsinlər. Amma elədiyimi niyə kimsənin gözünə soxum ki? Bu mənim içimdəki yaxşılıq hissidir. Niyə kiməsə göstərim ki? Çıxırlar efirə kamera önündə kiməsə pul verirlər. Olmaz ki? bunu reklam vaxtı yaxud verlişdən sonra edəsiniz, kameranın önündə yox?!".
Əlavə olunub: 17-02-2018, 21:24
0
93

Oxşar Yazılar


Şərh əlavə et

reload, if the code cannot be seen

Наверх