» » Rusiyada dəhşətli faciə: Azərbaycanlı ailə yanaraq öldü

Manşet / Hadisə

Rusiyada dəhşətli faciə: Azərbaycanlı ailə yanaraq öldü

Rusiyada yaşayan azərbaycanlı ailənin üzvləri dəhşətli yanğın nəticəsində həyatlarını itiriblər.
Shefeq.az Yenicag.az-a istinadən xəbər verir ki, hadisə ötən gün Orenburq şəhərində, Salmışskaya küçəsində, yaşayış binasının 9-cu mərtəbəsində baş verib.
Hadisə zamanı Azərbaycandan olan bir ailənin 4 üzvü yanaraq ölüb. Onlardan 2-i uşaqdır.
Yanğın zamanı daha 7 nəfər xəsarət alıb.
Orenburqdakı Azərbaycan diasporunun rəhbəri Yaşar Məsimov APA-nın Rusiya bürosuna bildirib ki, hazırda ölənlərdən ikisinin adı məlumdur. Bunlar Namiq Quliyev və onun azyaşlı qızı Leyladır. Əslən Masallı rayonundan olan N.Quliyevin taksi sürücüsü fəaliyyəti ilə məşğul olduğu məlum olub.
Hazırda hadisə yerində istintaq qrupu işləyir, hadisənin səbəbləri araşdırılır.
Теги

Похожие новости

Комменатрии к новости

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

Написать свой комментарий:





Bizi İzləyin

Ölkədə və dünyada baş verən hadisələr haqqında oxuculara məlumat verir.

Köşə Yazarları

Günün Aforizmi

Zehin paraşüt kimidir. Açılmasa işləməz.

Frenk Zappa