•  – Aprelin 22-dən problemli krediti olan şəxslərə kompensasiya ödənişlərinin verilməsinə başlanacaq 
  •  – Prezidentlə xanımı Qaraçuxurda 
  •  – “Azərbaycanın spesifik iqtisadi modeli var” – Vahid Əhmədov 
  •  – Əli Həsənov: "İran-Azərbaycan sərhədinin 132 kilometri bizim nəzarətimizdə deyil" 

Ərini baltalayan qadın: "Uşaqları öldürməklə hədələyirdi" - DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI

Gürcüstanın Marneuli rayonunun Təzəkənd sakini 23 yaşlı Türkan Tahir qızı Kərimova polisə ilkin ifadəsində 33 yaşlı əri Ruslan Telman oğlu Kərimovunu qətlə yetirdiyini etiraf edib.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, qadın bu addımı özünü və 3 azyaşlı övladını qorumaq üçün atdığını bildirib. İfadədə bildirilib ki, əri onu və uşaqlarını öldürməklə hədələyirmiş.

 

Hazırda təqsirləndirilən şəxs barəsində imkan tədbirinin seçilməsi ilə əlaqədar Rustavi şəhər Məhkəməsinə aparılıb. O, tibbi müayinədən keçiriləcək, barəsində qərar veriləcək. Ehtimal edilir ki, himayəsində azyaşlıların olması nəzərə alınacaq və onun barəsində həbs qətimkan tədbiri seçilməyəcək.

 

Qeyd edək ki, hadisə 25-dən 26-na keçən gecə olub. Türkan Kərimova ərini baltalayaraq, öldürüb. Ər-arvad əmiuşağı olublar və onların 6 yaşlı, 2 yaşlı  və 1,5 aylıq uşaqları var.

 

Ruslan Kərimov bu gün Təzəkənd qəbiristanlığında torpağa tapşırılıb.

[related-news]
DİGƏR XƏBƏRLƏR: {related-news}
[/related-news]
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube