İşlədiyi şirkətdən maaşını ala bilmədi, özünü yandırdı - Bakıda

İşlədiyi şirkətdən maaşını ala bilməyən sürücü özünü yandırıb.

Bəhruz Feyruz oğlu Zeynalov üzərinə benzin tökərək özünü yandırıb. Yaralı Respublika Yanıq Mərkəzinə yerləşdirilib. Mərkəzin baş həkimi Şöhrət Məmmədovun verdiyi açıqlamada deyilir:

“Xəstə dünən bədəninin bir neçə yerinin yanması diaqnozu ilə daxil olub. Əsasən boyun, burun və əl nahiyyələri yanıb. Lazımı yardımlar göstərilib, vəziyyəti stabildir”.

Faktla bağlı Xətai RPİ-nin 37-ci Polis Bölməsində təhqiqat araşdırmalarına başlanılıb. İlkin dindirmələr zamanı B.Zeynalov sürücü işlədiyi “Elat” MMC-dən 2 aylıq maaşını ala bilmədiyinə görə özünü yandırdığını bildirib.
Əlavə olunub: 5-03-2018, 12:48
0
272

Oxşar Yazılar


Şərh əlavə et

reload, if the code cannot be seen

Наверх