Bu il 1000 tələbə diplom ala bilmədi - Azərbaycanda

Azərbaycanın ali təhsil müəssisələrindən bakalavriat səviyyəsi üzrə 2017-ci ildə məzun olan, lakin diplom ala bilməyən tələbələrin sayı açıqlanıb.
Shefeq.az-ın məlumatına görə, Təhsil Nazirliyinin illik hesabatında bildirilib ki, ötən il Azərbaycan universitetlərində 31 360 nəfər yekun dövlət attestasiyasına buraxılıb, onlardan 30 360-ı nəfəri bakalavr diplomu alıb.
Attestasiyasına buraxılanların 1000 nəfəri isə diplom ala bilməyib. Belə ki, ötən il təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrində 23 174 nəfər yekun dövlət attestasiyasına buraxılıb, onlardan 22 394 nəfəri bakalavr diplomu alıb, 780 nəfər isə diplom ala bilməyib.
Digər dövlət qurumlarının tabeliyində olan ali təhsil müəssisələrində ötən il 4 672 nəfər yekun dövlət attestasiyasına buraxılıb, onlardan 4 504 nəfəri bakalavr diplomu alıb, 170 nəfər isə diplom almayıb.
Özəl ali təhsil müəssisələrində 3 533 nəfər yekun dövlət attestasiyasına buraxılıb, onlardan 3 378 nəfəri bakalavr diplomu alıb, 155 nəfər isə diplom ala bilməyib.
Rusiya Federasiyasının ali təhsil müəssisələrinin Bakı filialları ötən il 85 nəfər yekun dövlət attestasiyasına buraxılıb, onlardan 84 nəfəri bakalavr diplomu alıb, 1 nəfər isə diplom ala bilməyib.
Əlavə olunub: 23-06-2018, 20:37
0
37

Oxşar Yazılar


Şərh əlavə et

reload, if the code cannot be seen

Наверх