Oruc tutanlar işləməyəcək? - İlahiyyatçıdan açıqlama

“Oruc tutmaq heç bir peşə sahibinə indiyə qədər işində hər hansı bir problem yaratmayıb və yaratmaz. Ac qalmaq kimə zərər vurub ki, əməliyyata girən həkimə və digər peşə sahiblərinə də zərər vursun”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Almaniyadan olan deputatlardan birinin müsəlmanlar orucluq vaxtı işləməməlidir fikrinə münasibət bildirərkən ilahiyyatçı Elşad Mahmudov deyib:
“Dinimizdə oruc tutmaqda ibadətdir, işləmək də həmçinin. Dinimizdə ümumiyyətlə, oruc tutan işləməməlidir deyə bir qayda yoxdur. İndiyə qədər də oruclu olan şəxslərin müxtəlif vəzifələri icra etməsi prosesində heç bir zaman problem çıxmayıb. Müsəlman hansı işdə çalışmasından asılı olmayaraq, dini ibadətlərini yerinə yetirib.
18 saat ərzində oruc tutmuşuq, bu müddət ərzində bütün işlərimizi də görmüşük, ancaq heç bir zərər də görməmişik. Bu bir ibadətdir. İbadət etdiyi zaman heç bir çətinlik insana üstün gələ bilməz. Bu günə qədər heç kimdən eşitməmişəm ki, tutduğu orucun gördüyü işə zərər vurduğunu söyləsin. Amma kimsə, hardasa belə bir qanun çıxararsa, bunun da əleyhinə çıxmamaq lazımdır. İnsan var ki, işini daha da rahatlamaq üçün belə fikirləri ortaya atır, bu da çox normaldır”.
Əlavə olunub: 26-05-2018, 17:35
0
128

Oxşar Yazılar


Şərh əlavə et

reload, if the code cannot be seen

Наверх