» » “Gənclərin Sosial Problemlərinin Həllinə Kömək”

Bölgələr / Cəmiyyət / Sosial

“Gənclərin Sosial Problemlərinin Həllinə Kömək”

“Gənclərin Sosial Problemlərinin Həllinə Kömək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Region gənclərinin sahibkarlıq məktəbi” layihəsini həyata keçirmişdir. Layihənin əsas məqsədi regionlarda yaşayan gənclərin peşə bilik və bacarıqlarının artırılması, onlara uğurlu karyera yolunda dəstək göstərməkdir. Layihə çərçivəsində Gəncə, Göyçay, İsmayıllı və Beyləqan gənclərinin təhsil və karyera quruculuğunda uğur əldə etməsi və peşə bacarıqlarının aşılanması üçün təlimlər keçirilmişdir. Təlimlər zamanı gənclərə biznes plan, müasir bazarın tələbləri, tələb və təklifin qiymətləndirilməsi, uğurlu karyera əldə etmək üçün praktik vərdişlər aşılanacaqdır . Layihə üzrə nəzərdə tutulan regionlarda
keçirilən təlimlərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq və karyerasında uğur əldə etmək istəyən gənclər də iştirak etmişdir.
Təlimlərdə qeyd edilən regionların aktiv gəncləri, sahibkarlıq və karyera quruculuğunda maraqlı olan şəxslər və yerli icra hakimiyyəti nümayəndələri iştirak etmişdir. Uğurlu bazar münasibətlərinin qurulması yollarını əhatə edən təlimdə layihə ekspertləri iştirakçılara bazarın analizi, araşdırılması və biznes planlarının tərtib olunması haqqında praktik məlumat vermişdir. Təlim iştirakçılarının hazırladığı biznes planların müzakirəsi aparılmış, planların bazara uyğunluğu, riskləri, indikatorları analiz edilmişdir. Hər bir regionun özünəməxsus xüsusiyyətlərinin araşdırılması təlimlərdə xüsusi istiqamətlərdən biri olmuşdur. Regionların iqtisadi potensialının və bazar münasibətlərinin araşdırılması baxımından bu cür təlimlərin keçirilməsi olduqca əhəmiyyətlidir. Təlim iştirakçılarının bazar münasibətləri zəminində inkişaf etdirilməsi üçün "Gənclərin Sosial Problemlərinin Həllinə Kömək" İctimai Birliyi bundan sonra da fəaliyyətini davam etdirəcəkdir.




Теги

Похожие новости

Комменатрии к новости

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

Написать свой комментарий:





Bizi İzləyin

Ölkədə və dünyada baş verən hadisələr haqqında oxuculara məlumat verir.

Köşə Yazarları

Günün Aforizmi

Zehin paraşüt kimidir. Açılmasa işləməz.

Frenk Zappa