» » “Məişət zorakılığına qarşı mübarizə” davam edir...

Bölgələr / Ailə / Oxucular

“Məişət zorakılığına qarşı mübarizə” davam edir...

"Gənclər İnkişaf Naminə" İctimai Birliyi "Məişət zorakılığı qurbanlarına könüllü sosial xidmətlərin göstərilməsinin təşviqi" layihəsini həyata keçirmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən layihənin əsas məqsədi məişət zorakılığına məruz qalmış şəxslərə könüllü sosial xidmətlərin göstərilməsinin təbliği olmuşdur. Layihə əsasında məişət zorakılığının qurbanlarına psixo-sosial yardımların göstərilməsi üçün könüllülər xüsusi hazırlıq keçərək və zorakılıq qurbanlarına sosial xidmətlərin göstərilməsi üzrə təlimatlandırılmışlar. Bu gün çox geniş vüsət almış və demək olar ki, qlobal problemə çevrilmiş məişət zorakılığı halları bəşəriyyətin həyatının maddi və mənəvi tarazlığını pozmaq üçün bir başlanğıc nöqtəsidir. Müasir dövrdə hər gün müxtəlif formalarda baş verən məişət zorakılığı cəmiyyətin müxtəlif sahələrinə öz təsirini göstərərək ictimai həyat əsaslarının mühüm əlaqələrinin məhvinə zəmin yaradır. Sağlam cəmiyyət üçün təhlükə yaradan məişət zorakılığı problemi bu günün gəncliyini narahat edir. Problemin qarşısının alınması üçün problemin xarici və daxili (sosial, psixoloji, iqtisadi və s. amillər) aspektlərdən təhlil edilməsi, bu sahədə könüllü dəstək xidmətlərinin genişləndirilməsi və sosial nəzarətin həyata keçirilməsi labüddür.
Layihədən Bakı, Sumqayıt, Lənkəran və Qubadan olan gənclər, ictimai fəal gənclər, məişət zorakılığının qurbanı olan şəxslər, ali məktəblərin sosial iş və psixologiya ixtisaslarının tələbələri faydalana biləcəklər. Təlimlərin zamanı Azərbaycan Respublikasının "Məişət zorakılığına qarşı mübarizə" Haqqında Qanununa uyğun olaraq maarifləndirici və preventiv məqsədlər əhatə edilmişdir. Layihə vasitəsilə “Məişət zorakılığına qarşı mübarizə” Haqqında Azərbaycan Respublikasının Qanunu ilə yanaşı, "Sosial xidmət" Haqqında Azərbaycan Respublikasının Qanununun təbliği nəzərdə tutulmuşdur. Layihə eyni zamanda məişət zorakılığına məruz qalmış şəxslərə könüllü psixoloji, hüquqi, sosial yardımların göstərilməsi sahəsində bilik və bacarıqların artırılmasını məqsəd qoymuşdur.




Теги

Похожие новости

Комменатрии к новости

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

Написать свой комментарий:





Bizi İzləyin

Ölkədə və dünyada baş verən hadisələr haqqında oxuculara məlumat verir.

Köşə Yazarları

Günün Aforizmi

Zehin paraşüt kimidir. Açılmasa işləməz.

Frenk Zappa