» » Ölən süpürgəçinin qızlarına ev veriləcək

Ailə / Manşet

Ölən süpürgəçinin qızlarına ev veriləcək

Bir neçə gün öncə Bakıda avtomobilin vurması nəticəsində faciəvi şəkildə dünyasını dəyişən 1965-ci il təvəllüdlü Bakı şəhər sakini Salahova Cəmilənin azyaşlı qızlarına kömək etmək istəyənlərin sayı gündən-günə çoxalır.
Shefeq.az xəbər verir ki, millət vəkili Qənirə Paşayeva da bu gün həmin ailəyə baş çəkib. O, icra başçısından bu ailə üçün ev tikilməsini xahiş edib. Rayon icra rəhbərliyi də problemin yaxın günlərdə həll olunacağını qeyd edib.
Bu barədə məlumatı saytımıza açıqlamasında mərhum Cəmilə Salahovanın bacısı Tünzalə xanım bildirib. Ev tikilənə qədər isə ailə başqa bir evdə kirayə yaşayacaq. Onların kirayə pulu da rəhbərlik tərəfindən ödəniləcək.
Qeyd edək ki, Cəmilə Salahovanın Jalə və Zümrüd adında iki qız övladı var. Onlar xalası Tünzalə xanımla birlikdə yaşayırlar. Tünzalə xanım da saytımıza danışarkən şəraitsiz evdə kirayədə qaldıqlarını, ev probleminin olduğunu bildirmişdi. Mərhumə də sağlığında pul yığıb, ev almaq üçün çalışırmış.
Теги

Похожие новости

Комменатрии к новости

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

Написать свой комментарий:





Bizi İzləyin

Ölkədə və dünyada baş verən hadisələr haqqında oxuculara məlumat verir.

Köşə Yazarları

Günün Aforizmi

Zehin paraşüt kimidir. Açılmasa işləməz.

Frenk Zappa