•  – Prezident icra başçısı ilə bağlı SƏRƏNCAM İMZALADI 
  •  – Prezident Mikayıl Cabbarova daha bir vəzifə verdi - SƏRƏNCAM 
  •  – Deputatlar şərabla bağlı təklif irəli sürdülər: "Şadlıq saraylarında..." 
  •  – Millət vəkili: "Nazirlərin mülkləri satılsın, pulları şəhid ailələrinə verilsin" 

Kimsənin barmaqla göstərdiyi qəbir...

Çox sonra anladım ki, məhərrəmliklərdə nənəmin illərlə qoluma bağladığı parça kənarı.. Mənim qolumda qalmaq kimi şərəfə nail olub.. Özümü aldadılmış hiss etdiyim ilk zamanlardan biri idi. İllərin daş qalaqla bərkidilmiş bir inancı bir "günah"-ları.. Böyük möhtəşəm bir qala kimi dağılırdı düşüncələrimin kəndarında.. Günəş çıxırdı işıq səpələnirdi ətrafa.. Ama bir nisgil, bir dağıntı şahidi olmağın ağrısı toz, duman etmişdi üst başımı. Su verənimdə yox idi.. Qalanın köçməsindən üstümə sıçrayan daşların ağrısı bir başqa gönədirdi tifil canımı.. Hələ aclığımı demirəm.. Aclığım o qədər idiki.. Ətrafın "milyonçunun dilənçi oğlu" təxəllüsünədə məhəl qoymadan gözümə soxurdum bütün təamları.. Hər kitab biraz daha hər öyrəndiyim mövzü biraz daha günəşə yaxın edirdi məni.. Bəlkə də bu üsyan idi.. Pirlərin ələminə.. Bağlanan parça bezlərinə.. Çevirib nəzir ağacı etmələrinə məni.. Ondan sonra heç getmədim qəbir üstlərinə ən yaxınlarımıda "ziyarət etmədim". Qəlbimdə neçə hektarlıq toz basmış dirilərdən qəbirstanlığa heç getmirəm durub torpağa tapşırdıqlarımızın şəkillərdən baxmağına baxmağa bəlkədə ürəyim dözmür.. Bəlkədə torpağa basdırılmağına icazə verdiyim üçün bağışlaya bilmirəm heç bir torpaqda yatan əzizimi.. Nəbilim bilmirəm.. Muzeylərə dönüb qəbirstanliqlar.. Hər kəs heykəl olub hər kəs hörmətli olub səssiz olub, məsum olub. Onlar diri olsalardı necə dolanardı heykəllərdəki eqoyla görən.. Sanki torpaqdan gələn insanı torpağa göndərəndə ucalırlar gözümüzdə böyük heykəllər qoyuruq. Mən heykəl olmaq istəmirəm qəbirstanlıqda mən qəlblərdə səs olmaq istəyirəm.. Mən qəbir olmaq istəmirəm.. Bu o dur deyə barmağıyla göstərilib köks ötürməsin kimsə üstümdə.. Mən hava gözəl qoxu gələndə qəlbdən gələn səs olmaq istəyirəm. Mən səssizliklə sükutdan asılanda səs olmaq istəyirəm.. Kimsənin barmaqla göstərdiyi qəbir  olub hər dəfə bir "ehh"-lə intihar etmiş heykəl olmaq istəmirəm. Mən hər qəlbdə bir səs olub yaşamaq istəyirəm..

Fərqanə MEHMANQIZI



Оставить комментарий
Благодарение моё! ___123___Kims?nin barmaqla gost?rdiyi q?bir... » S?f?q X?b?r Portal? - S?sinizi catd?racaq ilk m?nb?___123___ Аналогично знакомлю http://romantic-lovers.org.ua/movies/
Игровые автоматы PlayFortuna. Получи бонус 50 бесплатных вращений здесь >>> https://casino-avtomati-onlain.com/the-best-casino/play-fortuna-casino.html Казино на доллары, евро. Минимальный депозит 1 доллар. 350 лицензионных игровых автоматов. ТОП казино онлайн Play Fortuna casino. Лучшие игры, лучшие бонусы, быстрые выплаты. Реальные игры, на реальные деньги.
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube