•  – Prezident icra başçısı ilə bağlı SƏRƏNCAM İMZALADI 
  •  – Prezident Mikayıl Cabbarova daha bir vəzifə verdi - SƏRƏNCAM 
  •  – Deputatlar şərabla bağlı təklif irəli sürdülər: "Şadlıq saraylarında..." 
  •  – Millət vəkili: "Nazirlərin mülkləri satılsın, pulları şəhid ailələrinə verilsin" 

Ektrasens : Hillary Clinton seçiləcək


"Sabah baş tutacaq seçkilərdə Hillary Klinton seçiləcək"- bu barədə shefeq.az saytına ekstrasens Nadim Alixanov bildirib. Ektarsens iddia edir ki, Hillari prezident olduqdan sonra III dünya müharibəsi başlayacaq. 

" Hillari Klinton Hitlerin qadın formasıdır. O, dünya müharibəsin gətirmək üçün gəlir. Müharibə müsəlmanlar arasında olacaq. Və dini parçalanma  gözlənilir. Sünni- şiə davalarının olacağını görürəm". 

 N. Alixanov həmçinin iddia edir ki, Klintonun seçilməsi ilə  müsəlman- xristian müharibəsi başlayacaq: "Bu hadisələr 4-5 ildə baş verəcək.  2024- 2025 ci ilədək dünyada alovlar sönməyəcək. Əsasən 2017- 2018 ci illər Azərbaycanda sıxıntılı illər olacaq. İnsanlar ayağa qalxacaq, krizis olacaq. Bir çox dövlət məmurları işdən çıxarılacaq, həbs olunacaq. Ziya Məmmədov işdən çıxarılacaq.  Qafqaz üzrə Rusiya, İran, Türkiyə, Dağıstan, Azərbaycanda daxil atışmalar, qırğınlar, terrorlar başlanacaq. Hökümətdə də bir çox dəyişikliklər olacaq. 2017 -ci ildə Azərbaycanda təyyarə qəzası olacaq və ölümlər görünür. Qarabağ müharibəsinə də çox az qalıbdır.  5-6 ay ərzində müharibə başlanacaq. Aprel döyüşləri kimi deyil, daha kəskin müharibə olacaq".

Nadim Alixanov  bildirir ki,  dünyada ən yadda qalan müharibələrdən biri də Azərbaycan-Qarabağ müharibəsi olacaq.  Rusiya və Amerikanın Azərbaycana heç bir köməyi olmayacaq.  Ölkəmiz çox təklənəcək buna görədə ehtiyatlı olmalıyıq.

Ekstrasens iddia edir ki, Qarabağ müharibəsi  Rusiya və Türkiyə arasında yenidən soyuqluq yaradacaq. “Ərdoğanın prizdentlikdən getməsinə də az müddət qalır.  Türkiyədə yaxın günlərdə qanlı hadisələr baş verəcək. Hətta buna İran da qoşulacaqdır. 2017 ci ildə  müharibələr olacaq. Və bunların hər biri oyundu. Oyunu yaradan isə masonlar tərəfindən hazırlaşdırılmış Hillary Klintondur.  Başlıca məqsəd dünyada insanların azalmasıdır".


 
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube