•  – "Türkiyə kimi tərəfdaşı itirmək NATO-ya baha başa gələ billər" - EKSPERT 
  •  – Prezidentdən Əli Həsənovla bağlı sərəncam 
  •  – Çavuşoğlu sabah Bakıya gələcək - XİN 
  •  – Mehriban Əliyeva MDB ölkələrinin DİN rəhbərləri ilə görüşüb - FOTO 

Ata 7 yaşlı oğlunu niyə öldürdü? - Ana təfərrüatı danışır - VIDEO

Sabirabadın Ulucalı kəndində törədilmiş dəhşətli qətlin bəzi təfərrüatları məlum olub

Kənd sakini, 30 yaşlı Röyal Şakir oğlu Məmmədov 7 yaşlı oğlunu xüsusi amansızlıqla qətlə yetirib. Qatil ata əvvəllər oğurluq üstə məhkum olub, iki il əvvəl həbsxanadan azadlığa çıxıb. Onun narkotik maddə aludəçisi olduğu bildirilir.

Röyal Məmmədovun həyat yoldaşı ilə daim münaqişəsi olurmuş. O arvadı və qayınanasından onlara məxsus pay torpaqları satmağı, pulu isə ona verməyi tələb edirmiş. Qayınanası deyir ki, qatil ata pul üstündə qızını öldürmək istəyib:

"Mənə dedi ki, çöl torpağı sat. Dedim ki, satmıram. Onda dedi, mən oturum evdə, sən təndirdə çörək bişir, mən aparım satım, oturum yeyim-içim evdə. Sən isə zülm çək. Həyətimin çardağını satıb. Həyətimdəki boruları satıb, damımın qapısını satıb. Oturub evdə işləmir, eləmir. Ancaq deyir, sən işlə, gətir, satım sovurum, yeyim. Elə şeylərin üstündə götürdü bıçağı, uşağımı qatdı qabağına. Uşağım getdi, girdi evin altına qorxusundan. Bax, bu uşaqlar onundur. Bunları sonradan gəldi apardı. O birisini keçirdi əlinə. Dedi, gedək ananı götürək gələk. Aldatdı apardı. Aparıb orada öldürüb, meyitini gətiriblər".

Röyal Məmmədov həyat yoldaşı ilə daim münaqişədə olub. Növbəti dəfə aralarında yaranan mübahisə zamanı bıçağa əl atan Röyal arvadının başını kəsməklə hədələyib. Günel Məmmədova qorxusundan qaçıb evin zirzəmisində gizlənib. Bu zaman Röyal 7 yaşlı oğlunu aldadaraq deyib ki, gedək səni ananın yanına aparıram.

Günel Məmmədova həyat yoldaşının həbsxanadan "aylığa" çıxdığını, pul vermədiyinə görə onun qisasını oğlundan aldığını deyib:

"Başqa adamın yanına gedirdi. Söz-söhbətlər ondan idi. Ondan bundan pul alıb bütün kəndin zibilinin dalınca gedirdi. Narkomandır. Dədəsi də narkomandır. Qardaşı da narkomandır. Dünən çıxarıblar azadlığa. Hər ay pul ödəyirlər. Dədəsinin, anasının, qardaşının, hamısının əli var. Dəfələrlə zəng edib məni döydürüblər. Uşağı götürüb qaçıb. O biri uşağımı qaçırıb gizlədib. Qonşu gətirib ki, uşaq yoldadır. İndi də böyüyü apardı. Məni bıçaqla qabağına qatdı. Mən qaçdım gizləndim. Bilmədim ki, balamı aparıb öldürəcək. Bilsəydim, özüm ölərdim. O insanın başının kəsilməyini istəyirəm. Ya da güllələnsin. Yoxsa əl çəkməyəcəyəm ondan. Qana qan! Uşağım ölüb, o da ölsün".

Qeyd edək ki, Röyal Məmmədov ona pul verməyən arvadının qisasını 7 yaşlı oğlu Röyamidən almaq istəyib, oğlunu fəaliyyətdə olmayan köhnə kənd yeməkxanasına aparıb və tikilinin zirzəmisində uşağın başına 6 çəkic zərbəsi vuraraq onu amansızlıqla qətlə yetirib.

Bu, 30 yaşlı Röyal Məmmədovun ikinci evliliyidir. Onun ikinci nikahdan 3 uşağı olub. Öldürdüyü Röyami ailənin böyük oğludur və bu il birinci sinfə gedirmiş.

Artıq qətli törədən şəxs polis tərəfindən saxlanılıb. Faktla bağlı Sabirabad rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube