•  – "Türkiyə kimi tərəfdaşı itirmək NATO-ya baha başa gələ billər" - EKSPERT 
  •  – Prezidentdən Əli Həsənovla bağlı sərəncam 
  •  – Çavuşoğlu sabah Bakıya gələcək - XİN 
  •  – Mehriban Əliyeva MDB ölkələrinin DİN rəhbərləri ilə görüşüb - FOTO 

Türkiyə iflas həddinə çatır...

İstanbul Baş Prokurorluğu dolların məzənnəsi ilə bağlı ölkənin iqtisadi təhlükəsizliyini təhdid altına alan şəxs və şəxslərə qarşı qanunvericiliyə uyğun olaraq araşdırmalara başlayıb
Türkiyə maliyyə bazarları son bir həftəni olduqca hərəkətli keçirir. Ötən gecə Asiya birjasında 1 dolların dəyəri 7 türk lirəsi psixoloji həddini aşıb. Türkiyə Mərkəzi Bankının müdaxilələrindən sonra qısa müddətə məzənnə bir dollar üçün 6.44 türk lirəsi səviyyəsinə düşüb. Lakin daha sonra yenidən 6,85 türk lirəsi səviyyəsinə yüksəlib. Bu barədə Sputnik Azərbaycan "Sozcu"-yə istinadən xəbər verir.
Türkiyənin Xəzinə və Maliyyə naziri Berat Albayrak isə açıqlamasında Banklar və Banklara Nəzarət və Yoxlama Qurumu (BNYQ) ilə Türkiyə valyutasının məzənnəsinin tənzimlənməsi üçün lazımi tədbirlərin sürətli şəkildə görüləcəyini bildirib.
Bank rəsmilərindən biri isə nəşrə açıqlamasında deyib ki, ABŞ-ın Türkiyəyə sanksiyalar tətbiq etməsi ilə əlaqələrin daha da pisləşməsi ehtimalı birjalara təzyiq göstərir. Daha da önəmlisi Türkiyə siyasətçilərinin bu dönəmi iqtisadi müharibə kimi qiymətləndirməsidir. Bu isə bankları daha da narahat edir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da həftəsonu verdiyi açıqlamalarda heç kimin Türkiyəni təhdid edə bilməyəcəyini və faizlə bağlı məsələdə tələyə düşməyəcəklərini bildirib: "Bu can bu bədəndə qaldıqca biz bu tələyə düşməyəcəyik".
Türkiyəyə qarşı iqtisadi müharibənin başladığını söyləyən Ərdoğan bunun məqsədinin Türkiyə iqtisadiyyatını və müdafiə mexanizmlərini təsirsiz hala gətirərək Türkiyəni maliyyədən başlayıb, siyasətə qədər bütün sahələrdə təslim etmək olduğunu bildirib: "Oyununuzu gördük və sizə meydan oxuyuruq. Bunu bilmələrini istəyirəm, təslim olmayacağıq. İstehsal etməyə davam edəcəyik. İxracatımızı artırmağa, fabriklərimizin çarxlarını işlətməyə davam edəcəyik. Rekord böyümə faizləri ilə hədəflərimizə doğru getməyə davam edəcəyik. Siz dollarla üzərimizə gələrsəniz, biz başqa yollarla işlərimizi aparmağın çarələrini axtaracağıq".
Bu arada İstanbul Baş Prokurorluğu dolların məzənnəsi ilə bağlı ölkənin iqtisadi təhlükəsizliyini təhdid altına alan şəxs və şəxslərə qarşı qanunvericiliyə uyğun olaraq araşdırmalara başlayıb.
Qeyd edək ki, ABŞ və Türkiyə arasında başlayan siyasi böhranın iqtisadi böhrana çevrilməsinə səbəb olan olayda dünya ölkələri Türkiyənin tərəfini tutur. Avropa Birliyi və İranın ardından İtaliya və Almaniya da Türkiyəyə dəstək mesajı verib.
Xatırladaq ki, avqustun 10-u ABŞ prezidenti Donald Tramp bəyan edib ki, o, Türkiyədən idxal olunan polad və alüminium üçün gömrük rüsumlarını iki dəfə artırıb.

"Türkiyədən polad və alüminium üçün gömrük rüsumlarının iki dəfəyə qədər artırılmasına dair qərar verdim. Onların valyutası, Türkiyə lirəsi bizim güclü dollara qarşı münasibətdə kəskin aşağı düşür! Bundan sonra alüminium üçün gömrük rüsumu 20%, polad üçün isə 50% oldu. Bizim hazırda Türkiyə ilə münasibətlərimiz heç də yaxşı deyil!", — deyə Tramp öz "Twitter" səhifəsində yazıb.
Onu da bildirək ki, daha əvvəl Türkiyədən gedən doqquz nəfərlik diplomatik heyət Amerika ilə Türkiyə arasındakı gərginlikləri aradan qaldırmaq məqsədilə Vaşinqtonda danışıqlar aparıb. ABŞ Dövlət Departamentinin sözçüsü Hizer Nauert nümayəndə heyəti ilə görüşlərin keçirildiyini, müzakirələrin davam etdiyini deyib.
Rahib Bransonın həbsi və Vaşinqton rəhbərliyinin aldığı sanksiya qərarları səbəbi ilə Türkiyə və ABŞ arasında başlayan böhranı həll etmək üçün ABŞ-a gedən türk nümayəndə heyəti dünən ABŞ dövlət katibinin birinci müavini Con Sullivan ilə bir araya gəlib. Lakin tərəflər heç bir razılığa gələ bilməyib.

Read more: https://sputnik.az/world/20180813/416606670/turkuyede-dollar-durmadan-bahalashir.html
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube