•  – "Türkiyə kimi tərəfdaşı itirmək NATO-ya baha başa gələ billər" - EKSPERT 
  •  – Prezidentdən Əli Həsənovla bağlı sərəncam 
  •  – Çavuşoğlu sabah Bakıya gələcək - XİN 
  •  – Mehriban Əliyeva MDB ölkələrinin DİN rəhbərləri ilə görüşüb - FOTO 

Bakı Mühəndislik Universitetində “31 mart Soyqırımı” tədbiri keçirilib...

“31 Mart Soyqırımı”-nın 100 illiyi ilə əlaqədar olaraq Bakı Mühəndislik Universitetində tədbir keçirilib. Tədbirə universitetin rəhbər şəxsləri, professor-müəllim heyəti, tələbələr        lə yanaşı Millət vəkili, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Mətbuat Şurasının İdarə Heyətinin üzvü, JurnalistlərinHəmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, Tarix üzrə fəlsəfə doktoru,“Şərq” qəzetinin baş redaktoru  Akif Aşırlı iştirak edib.
   Tədbir soyqırım qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutu və dövlət himninin oxunması ilə başlayıb. Daha sonra tədbirdə 31 Mart soyqırım hadisələrini əks etdirən sənədli film nümayiş olunub.
   Bakı Mühəndislik Universitetinin rektoru, professor Havar Məmmədov çıxış edərək bildirib ki, 20-ci əsrin bəlkə də ən susqun soyqırımı 1918-ci il mart ayının 31-də erməni daşnaqlarının xalqımıza qarşı olan qətliamıdı. Susqundu, ona gorə ki, sovet ittifaqı qurulduqdan sonra bu qanlı tarixin üzərindən dırnaqarası qardaşlıq xətti çəkildi. O dövrün mətbu orqanları  bu hadisələrin üzərindən sakitcə keçdilər.SSRİ dağılan kimi yaxın keçmişimizdə mənfur qonşularımız olan ermənilər tərəfindən törədilmiş qanlı hadisələrin arxivləri açıldı,  xalqımıza qanlı tariximiz haqqında bilgilər verildi. Ermənilər əvvəlcə Bakıda, sonra İrəvanda, Naxçıvanda, Gəncədə, Qarabağda, Zəngəzurda, Qazaxda və Tiflisdə dinc mülki azərbaycanlılara qarşı kütləvi qırğınlar törətmişlər. Erməni silahlı dəstələri İrəvan-Naxçıvan-Zəngəzur-Qarabağ və Qazax-Gəncə istiqamətində yerləşən yaşayış məskənlərinin azərbaycanlı əhalisini qırmış və deportasiya etmişlər.
Yalnız müstəqillik dövründə ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımı cinayətlərinə əsl hüquqi-siyasi qiymət verilmişdir. 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərman erməni millətçilərinin cinayətkar əməllərinə verilən dolğun və hərtərəfli siyasi qiymət olmuşdur. Fərmanda ermənilərin Azərbaycan xalqının başına gətirdiyi müsibətlər dünyaya bəyan edilərək bu qanlı əməllərə düzgün siyasi qiymət verilmişdir. Bu tarixi sənəd Azərbaycanın indiki və gələcək nəsillərinin milli yaddaşının qorunması baxımından da fundamental bir proqramdır.
Millət vəkili, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov  tədbir iştirakçılarını salamlayıb və xalqımızın nümayəndələrinin dünyanın ictimai inkişafındakı rolundan danışıb. Qeyd edib ki, xalqımızın tarixi qəhrəmanlıqları ilə yanaşı soyqırımlara da məruz qalıb. Millət vəkili bildirib ki, biz gəncləri humanist, tolerant və elmi istiqamətdə tərbiyə edirik. Bununla yanaşı faciələrimizi də gənclərimizin bilməsi və gələcək nəsillərə ötürməsi vacibdir. Bu gün ölkə başçısının apardığı düzgün siyasət nəticəsində güclü iqtisadiyyatımız və qüdrətli ordumuz formalaşıb. Bu da bizə inam verir ki, yaxın vaxtlarda torpaqlarımız işğaldan azad olunacaq.
Tarix üzrə fəlsəfə doktoru, “31 Mart Soyqırımı” "Türkün Xocalı soyqırımı", "Bağanıs Ayrım soyqırımı" kimi kitabların  müəllifi, Akif Aşırlı qeyd edib ki, tarix tək keçmiş deyil. O, həm bu gündür həmdə gələcəkdir. Bu mövzuda tədqiqat aparan alim ölkəmizin arxivləri ilə yanaşı Böyük Britaniya , Türkiyə, İran kimi dövlətlərin arxivində də “31 Mart Soyqırımı”  ilə bağlı sənədlərdə olan faktlardan danışıb. İnsanlarin işgəncə ilə qətlə yetirilməsi ilə yanaşı həmin dövrdə təhcizatın, xüsusən mətbələrin də dağıdıldığını diqqətə çatdırıb. 
Çıxışını sual-cavab formatında quran JurnalistlərinHəmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli ölkəmizin yerləşdiyi coğrafi mövqeyin əhəmiyyətindən danışıb. Qeyd edib ki, bu səbəbdən də xarici qüvvələrin həmişə ölkəmizdə gözü olub. Ermənilər də xarici qüvvələrə alət olaraq öz mənafeyləri üçün də tarixən xalqımıza qarşı belə soyqırımlar törədiblər. Bu gün də ölkəmizə qarşı xarici qüvvələr tərəfindən bu istiqamətdə işlər aparılır. Ən acınacaqlısı isə odur ki, xarici qüvvələrin təsirinə düşən, sapı özümüzdən olan baltalar xaricdən müstəqilliyimizə xələl gətirən işlər aparırlar. 
   Çıxış edən qonaqlar onu da qeyd ediblər ki, Bakı Mühəndislik Universiteti ölkəmizin ən öndə gedən təhsil ocaqlarındandır. Burada yüksək ballı tələbələr təhsil alır. Biz inanırıq ki, sizlər elminizlə və bacarığınızla  dövlətçiliyimizin möhkəmlənməsinə və inkişafına xidmət edəcəksiniz. Çünki "Erməni vəhşiliyini dünya miqyasında ifşa etmək üçün hələ görüləsi çox işimiz var".

Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube