•  – Prezident icra başçısı ilə bağlı SƏRƏNCAM İMZALADI 
  •  – Prezident Mikayıl Cabbarova daha bir vəzifə verdi - SƏRƏNCAM 
  •  – Deputatlar şərabla bağlı təklif irəli sürdülər: "Şadlıq saraylarında..." 
  •  – Millət vəkili: "Nazirlərin mülkləri satılsın, pulları şəhid ailələrinə verilsin" 

Dünyada ən nazik oyun noutbuku təqdim edildi

“Asus” şirkəti “ROG Zephyrus” adlı noutbukunun satışına başlayıb. İstehsalçının bəyanatına görə, “ROG Zephyrus” qurğusu “Nvidia GeForce GTX 1080” qrafik kartı ilə təchiz edilmiş ən nazik oyun noutbukudur. Qurğunun qalınlığı 16,9 mm-dir. Müqayisə üçün, “MacBook Pro” noutbukunun qalınlığı 15,5 mm-dir

Shefeq.az ICTnews Elektron Xəbər Xidmətinə istinadən xəbər verir ki, yeni noutbuk “Intel Core i7-7700HQ” prosessoru, 1920x1080 piksel təsvir ölçülü 15,6 düymlük diaqonallı displey və “Nvidia G-Sync” adaptiv sinxronlaşdırma texnologiyası ilə təchiz edilib.

“ROG Zephyrus” noutbukunun əsas özəlliklərindən biri “Active Aerodynamic System” adlı soyutma sistemidir. Noutbuk işlək vəziyyətdə olduqda sözügedən soyutma sistemi hava axınını artıran və daha yaxşı soyutmağa imkan verən xüsusi hava dəliyi açır.

Klaviatura eyni anda 30-dək toxunuşu “tanıyır” və “Aura RGB” arxa işıqlandırıcısı ilə təchiz edilib. Sensor idarəetmə klaviş blokundan sağ tərəfdə yerləşir.

“ROG Zephyrus” noutbuku, həmçinin “Thunderbolt 3” və “USB 3.1” interfeysləri tərəfindən istifadə edilən “USB-C” konnektoru və 4 ədəd “USB 3.1” portu ilə təchiz edilib. Cihazın çəkisi təxminən 2,2 kq-dır.

512 QB-lıq SSD daşıyıcı ilə təchiz edilmiş “ROG Zephyrus GX501VI-XS74” modelinin qiyməti 2699 dollar təşkil edir. Müqayisə üçün, yüksək konfiqurasiyaya malik  “MacBook Pro” noutbuku  2799 dollara təklif edilir.


shefeq.az
Оставить комментарий
Bosom friend This is Leo from Hong Kong, we are maker concentrating on 7 in 1 Thunderbolt 3 USB3.1 Kind C to CENTER Adapter just. Basic and also Convenient Multiport Adapter for Apple laptop USB-C Digital AV 7in1 Multiport Adapter Product Introduction 7in1 Adapter is easy as well as hassle-free, immediately transforms any kind of Type-C Thunderbolt 3 USB-C port, CENTER Port for 4k video clips, 1 DATA-ONLY USB-C port, 2 x USB 3.0 Ports, and also SD/Micro card viewers. Applications • Utilize the USB-C port on your laptop or Ultrabook ™ to broaden your connection to other interfaces, such as HDMI as well as Gigabit Ethernet. • Link your laptop to a projector and also appreciate multimedia content at home, or display screen appealing presentations in class as well as conference rooms. • Make use of an HDMI port-equipped television in a hotel space as an outside display when traveling. Warranty Details 1 year restricted service warranty Internet site: https://www.7in1usb.com/ Email: info@7in1usb.com
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube