•  – Ağcabədidə yeni məktəb binasının tikintisinə 1 milyon manat ayrılıb 
  •  – "Nazir olmaq istəmirdim, amma..." - Misir Mərdanov 
  •  – Prezident sərəncam imzaladı 
  •  – Səhiyyə Nazirliyi tütündən istifadənin nəticələrindən qorunma sahəsində dövlət siyasətini və dövlət nəzarətini həyata keçirəcək 

Son bir ayda Azərbaycanda nələr BAHALAŞDI? - SİYAHI

Azərbaycanda son dövrlərdə müəyyən sahələrdə bahalaşmalar müşahidə olunur. 

BiG.AZ bahalama müşahidə olunan sektorları təqdim edir: 

1. "ASAN imza" xidməti, gələn aydan aylıq abunə haqqını Best Solution və mobil operatorlar 150 faiz qaldırıb. 

İyulun 17-də qəbul edilmiş qərara görə, avqustun 15-dən “Azercell Telekom” MMC “Asan İmza” xidmətindən istifadəyə görə abunə haqqının qiymətini artırır. “Asan İmza” xidmətindən istifadəyə görə əhali, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər, hüquqi şəxslərin nümayəndələri və dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının əməkdaşları olan “Azercell” abunəçiləri (28.08.2017-ci il tarixdən etibarən dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının əməkdaşları olan abunəçilər istisna olmaqla) üçün hər faktura dövrünə görə abunə haqqı 2.50 manat (ƏDV daxil) təyin edilib. 

Qeyd edək ki, bundan əvvəl abunə haqqı 1 manat idi. Göndərilən 1 SMS ismarıcın (transaksiya) qiyməti isə 0 manat təşkil edəcək.

Hazırda “Asan İmza” xidmətinə üçillik qoşulma haqqı əhali, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər, hüquqi şəxslərin nümayəndələri üçün ƏDV daxil 18 manat, dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının əməkdaşları olan abunəçilər üçün isə ƏDV daxil 54,46 manatdır.

2. İctimai nəqliyyat, gediş haqqını Tarif Şurası 50 faiz qaldırıb.


Ötən gün axşam saatlarında Tarif Şurası ictimai nəqliyyatda gediş haqqının avqustun 1-dən 50 faiz artırıldığına dair qərarını açıqlayıb.

Belə ki, metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi 1 gediş üçün 30 qəpik, Bakı şəhərində, eləcə də digər şəhər və rayonlarda sərnişindaşıma xidməti tarifinin yuxarı həddi müntəzəm şəhərdaxili avtobus marşrutları üzrə 1 gediş üçün 30 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik təsdiq edilib.

3. Dəmir yol, ADY daxili istiqamətlərdə biletlərin qiymətini 25 faiz qaldırıb.

Bu ayın 24-də verilən qərara görə, iyulun 27-dən etibarən ölkə daxilində hərəkət edən sürət və sərnişin qatarlarının gediş haqqı tariflərində bəzi dəyişikliklər edilib.

Belə ki, plaskart və kupe vaqonlarda alt və üst yerlərə və SV tipli vaqonlara olan tələbatın tənzimlənməsi məqsədi ilə iyulun 27-dən ölkədaxili sürət və sərnişin qatarlarında gediş haqları, orta hesabla, 10 faiz artırılıb.

4. İyulun 18-dən etibarən yumurtanın və toyuq ətinin də qiyməti qalxıb.

Belə ki, yay mövsümünün əvvəlində 8-9 qəpiyə satılan yumurta indi 14-16 qəpiyə təklif edilir. Toyuq ətinin bir kiloqramı isə 6 manata (əvvəl qiymət 3 manat 80 qəpiklə 4 manat 50 qəpik arasında dəyişirdi) yüksəlib.
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube