•  – "Türkiyə kimi tərəfdaşı itirmək NATO-ya baha başa gələ billər" - EKSPERT 
  •  – Prezidentdən Əli Həsənovla bağlı sərəncam 
  •  – Çavuşoğlu sabah Bakıya gələcək - XİN 
  •  – Mehriban Əliyeva MDB ölkələrinin DİN rəhbərləri ilə görüşüb - FOTO 

Azərbaycanda vətəndaşın sayğacını dəyişib 700 manat borc yazdılar - ŞİKAYƏT

Azərbaycanda sayğac dəyişdirildikdən sonra vətəndaşa 700 manat borc yazılıb.

Bunu BiG.AZ-a Cəlilabad rayon sakini Zahid Rzayev şikayətində bildirib. Onun sözlərinə görə, sayğac dəyişdirilənə qədər 120 manat borcu olsa da, bu borcu ödəyib. Lakin sayğac dəyişdirildikdən sonra ona 700 manat əlavə borc yazılıb:

“120 manat borcumuz olduğundan sayğacı dəyişib smart kartla işləyən sayğac qoydular. 5 aydan sonra bildirdilər ki, 700 manat borcum var. Bununla bağlı Cəlilabad rayon İşıq İdarəsinə müraciət etdik. Onlar dedi ki, bu borcu sizə Şirvan şəhər İşıq İdarəsi yazıb, oraya da müraciət edin. Onlar da Cəlilabad İşıq İdarəsinin boynuna atdı. Sayğac dəyişilən zaman heç bir akt da yazılmayıb. İşıq idarəsinin nümayəndələrinin özləri də bu qədər borcun yazılması səbəbini bilmirlər”. 

"Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev açıqlamasında bildirib ki, məsələ araşdırılacaq: “Həmin abunəçiyə hansı səbəbə 700 manat borcun yazıldığı araşdırmalardan sonra bəlli olacaq”. 
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube